UNICEF-in Azərbaycandakı Nümayəndəliyi Müəllimlər Günü münasibətilə paylaşım edib

12:42 5 Oktyabr 2024

Müəllimlər bizim gələcəyimizi formalaşdırır: onlar öyrədir, həvəsləndirir və ruhlandırır.

Sitat.info xəbər verir ki, bu barədə BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı Nümayəndəliyi “X” hesabında yazıb.

“Azərbaycanın bütün müəllimlərini peşə bayramları münasibətilə təbrik edir, onlara fədakarlıq tələb edən bu yolda uğurlar arzulayırıq”, - paylaşımda bildirilib.

Azərbaycanda 5 oktyabr Müəllimlər Günü 1993-cü ildən qeyd olunur.



Xəbər xətti