İsrail "İzzəddin əl-Qəssam Briqadaları"ının komandirlərindən birini öldürüb

12:53 5 Oktyabr 2024

HƏMAS hərəkatının liderlərindən biri İsrail ordusunun endirdiyi aviazərbə nəticəsində öldürülüb.

Sitat.info bu barədə "Reuters" agentliyinə istinadən xəbər verir.

Qeyd olunur ki, öldürülən şəxs HƏMAS hərəkatının hərbi qanadı "İzzəddin əl-Qəssam Briqadaları" qruplaşmasının komandiri Zahi Yaser Aufidir.

Onun Tülkərm əyalətində öldürüldüyü bildirilir. Aviazərbə nəticəsində Zahi Yaser Aufin ailə üzvləri də həyatını itirib.



Xəbər xətti