Putinə ŞOK HƏMLƏ! Rusiya donanması məhv ediləcək- İngiltərə yeni raketlər göndərir

14:00 27 Aprel 2022

Almaniyanın Ukraynaya tank dəstəyindən sonra, İngiltərə Suriya və Liviyada istifadə olunan gəmi əleyhinə raketləri Ukraynaya göndərməyə hazırlaşır. 

Ukraynaya müharibənin gedişində silah dəstəyi göstərən ölkələr içərisində İngiltərənin də özünəməxsus yeri var. Belə ki, müharibənin əvvəldində bu ölkə  Ukraynaya Sortmer zirehli maşınlar göndərdi.   

SİTAT.İNFO xarici mediaya istinadən xəbər verir ki, İngiltərənin silahlı qüvvələr naziri Ceyms Happey bir neçə həftə ərzində Ukraynaya gəmi əleyhinə Brimstone raketləri göndəriləcəyi barədə məlumat verib.

Onu da qeyd edək ki, Kiyev administrasiyasının uzaqmənzilli quru raketləri tələbinə əsasən Böyük Britaniya Brimstone raketlərini göndərməyi qərara alıb.


Bu raket dənizdə və quruda sürətli hərəkət edən hədəfləri vurmaq üçün təyyarələrdən atəş açır.


Britaniyanın xarici işlər naziri Liz Truss bildirir ki, onun ölkəsi və ya digər Qərb dövlətləri Ukraynaya döyüş təyyarələri göndərməlidir.


Ukraynada 15 min rus əsgəri həlak olub, 530-u tank olmaqla 2 mindən çox zirehli texnika məhv edilib, 60 Rusiya döyüş təyyarələri və helikopterləri Ukrayna ordusu tərəfindən vurulub. 


Böyük Britaniyanın Müdafiə Nazirliyi bu gün yaydığı memorandumda Ukrayna silahlı qüvvələri hələ də hava məkanının əksəriyyətinə nəzarəti saxladığını bildirib. 


İşğal başlayandan bəri Britaniyaya qarşı sərt mübarizə aparan Moskva britaniyalı nazirini Ukraynanı Rusiya ərazisinə hücuma təhrik etməkdə ittiham edib.

Safura Bənnayeva

SİTAT.İNFO



Xəbər xətti