Azərbaycanda idmançı paraşütlə yerə çırpılıb öldü

10:17 7 Oktyabr 2024

Ötən gün saat 16 radələrində Qubada paraşütlə uçan şəxs faciəvi şəkildə ölüb.

 

Sitat.info xəbər verir ki, 1986-cı il təvəllüdlü Mehdiyev Şamo Salman oğlu Quba rayonu, Qırız Dəhnə kəndində dağlıq ərazidən paraşütlə uçuş zamanı idarəetməni itirərək yerə çırpılıb.

Ş.Mehdiyev sağ baldırın hər iki sümüyünün açıq qəlpəli sınığı nəticəsində yaranan travmatik şokdan ölüb.

Qeyd edək ki, o, uzun müddətdir həvəskar şəkildə “skydive” idman növü ilə məşğul olub.

Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.



Xəbər xətti