Oxu.Az TÜRK dilində: Qarşımızda dayanan yeni missiya

18:39 7 Oktyabr 2024

Bu gündən etibarən Oxu.Az saytının yeni redaksiyası fəaliyyətə başlayır.

"Sitat.info Report"-a əsasən xəbər verir ki, daha əvvəl Azərbaycan və rus dillərində oxucularına operativ və maraqlı xəbərlər çatdıran saytımız artıq türkdilli redaksiyası vasitəsilə də oxucularına ən maraqlı xəbərləri çatdırmağa çalışacaq.

Türkdilli redaksiyamız - "Oxu.Az Türkcə" türkdilli xalqların, dövlətlərin informasiya məkanı ilə yerli informasiya məkanının inteqrasiyasına öz töhfəsini verməyə çalışacaq. Türk dünyasına dair maraqlı və əhəmiyyətli xəbərlərin operativ şəkildə təqdim edilməsi ilə türkdilli redaksiyamız türk xalqlarının yaşadığı coğrafiyadakı informasiya mühitində unikal bir missiyanı daşımaq əzmindədir.

Türkdilli redaksiyamız oxucularına türk dünyası, siyasət, iqtisadiyyat, idman, mədəniyyət, informasiya texnologiyaları, cəmiyyət, hərbi və dünya kateqoriyaları üzrə xəbərlər çatdıracaq.



Xəbər xətti