İsrail Livanın paytaxtına zərbələr endirdi

18:49 7 Oktyabr 2024

İsrail hərbçiləri Livanın paytaxtı Beyrutun Dahiya bölgəsinə zərbələr endirib.
Sitat.info Qafqazinfo”-ya əsasən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin teleqram kanalı məlumat yayıb.
“İsrail hərbçiləri hazırda “Hizbullah” terrorçularının əsas qalası olan Dahiya bölgəsinə hədəfli zərbələr endirir”, - məlumatda qeyd olunub.
Departament nümayəndələrinin təfərrüatlar haqda daha sonra məlumat yayacaqları bildirilir.



Xəbər xətti