Rusiya Odessada mülki gəmini vurdu: ölü və yaralılar var

00:18 8 Oktyabr 2024

Rusiya qüvvələri Odessaya ballistik raketlər ataraq, Palau bayrağı altında üzən mülki gəmini vurub.

Axar.az xəbər verir ki, bu barədə Ukraynanın Odessa Regional Hərbi Administrasiyasının rəhbəri Oleq Kiper Teleqram kanalında məlumat verib.

Bildirilib ki, liman infrastrukturuna edilən hücumda şəxsi yük daşıyan şirkətdə işləyən 60 yaşlı ukraynalı həlak olub. 5 əcnəbi də yaralanıb. Onlardan 4-nün vəziyyəti orta ağır, birinin vəziyyəti yüngül qiymətləndirilir.



Xəbər xətti