İsrail Qəzzaya hücumlarını davam etdirir: 50 ölü, çox sayda yaralı var

08:46 8 Oktyabr 2024

İsrail ordusunun Qəzza zolağının bir çox nöqtəsinə həyata keçirdiyi hava və quru hücumları nəticəsində 50 fələstinli ölüb, onlarla fələstinli yaralanıb.
Sitat.info xəbər verir ki, İsrail ordusu soyqırım müharibəsinin birinci ilində Qəzzanın şimal, cənub və mərkəzi hissəsinə qarşı hücumlarını davam etdirib.

 Əl-Bureyc Qaçqınlar Düşərgəsində çadıra PUA ilə təşkil edilən hücumda 3 fələstinli həyatını itirib. Düşərgənin digər nöqtələrinə həyata keçirilən 2 hava hücumunda 5 fələstinli ölüb, 18-i yaralanıb. Tanklardan və artilleriyadan açılan atəş nəticəsində ölən və yaralananlar da olub.

Qəzzanın Et-Tuffah bölgəsində Əbu Acve ailəsinin evinə edilən hücumda bir fələstinli, Şeyx Rıdvan bölgəsində bir, Əs-Səftavi bölgəsində isə bir evə edilən hücumda dörd fələstinli həyatını itirdi.

Şimaldakı Beyt Lahiya şəhərində bir evə təşkil edilən hava hücumunda 4 nəfər ölüb, çoxlu sayda insan yaralanıb. Cibaliya Qaçqınlar Düşərgəsində 1 qadın, başqa bir bölgədə isə hava hücumu nəticəsində 5 fələstinli həyatını itirib.

 Xan Yunusun  Abesan qəsəbəsi də artilleriya atəşinə tutulub, 1 qız ölüb, 1 qadın yaralanıb. Xan Yunusun digər bölgələrinə hücumda isə 24 nəfər ölüb, çox sayda insan yaralanıb. 

Ümumilikdə 50 nəfərin həlak olduğu bildirilir. 

Nərgiz,

Sitat.info 



Xəbər xətti