AMEA-nın strukturuna dəyişikliklər ediləcək

16:19 27 Aprel 2022

AMEA-nın Rəyasət Heyətinin aparatında struktur dəyişikliyi nəzərdə tutulub.

Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu sözləri AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov jurnalistlərə açıqlamasında deyib.

Akademik bildirib ki, Rəyasət Heyətinin tərkibi çoxsaylı bölmə və şöbələrdən ibarətdir və burada elmi işçilərin sayı üstünlük təşkil etməlidir:

"Adətən, AMEA-da və elmi qurumlarda elmi işçilərin sayı üstünlük təşkil etməlidir. Digər işçilər isə yardımçı funksiya yerinə yetirməlidir.

Bununla bağlı müəyyən qeyri-mütənasibliklər var. Lakin bu o demək deyil ki, şöbə və bölmələr birmənalı şəkildə ləğv olunmalıdır. Həmçinin elə institutlar var ki, orada texniki işçilərin sayı çox olmalıdır".

Arif Həşimov onu da qeyd edib ki, fəaliyyətini bitirən strukturlar davamlı şəkildə yeniləri ilə əvəzlənməlidir:

"Ümumiyyətlə, istər Akademiyanın, istərsə də bu kimi digər qurumların strukturunda mütəmadi şəkildə yenilənmələr, dəyişikliklər aparılmalıdır. Yeni strukturlar yaradılmalı, hansı ki hər hansısa bir strukturlar öz funksiyalarını bititibsə, onların əvəzinə yəni strukturlar yaradılmalıdır".



Xəbər xətti