Rusiya Prezidenti Vladimir Putin Moskvada səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.
Sitat.info TASS-a istinadən xəbər verir ki, görüş Kremldə baş tutub.
Rusiya lideri Paşinyana oktyabrda Kazanda keçiriləcək BRICS sammiti çərçivəsində görüş keçirməyi təklif edib: “Sizi Kazanda BRICS sammitində gözləyirəm. Ümid edirəm bu, faydalı və maraqlı olacaq. Eyni zamanda çox sayda təmaslar şansı da var, biz ikitərəfli görüş də keçirərik və tədbirdə iştirak etməyi planlaşdıran onlarla ölkədən olan həmkarlarla söhbət aparmaq imkanı da olacaq”./"Qafqazinfo"