Nazirlər Şuşada bəyannamə qəbul etdilər

16:38 8 Oktyabr 2024

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin səhiyyə nazirlərinin V iclası Qazaxıstanda keçiriləcək.

Bu barədə qərar bu gün nazirlərin birgə bəyannamənin imzalanması ilə başa çatan IV iclasında qəbul edilib.

Səhiyyə nazirləri TDT-yə üzv ölkələr və müşahidəçilər üçün vahid tibbi elmi məkanın yaradılması, birgə elmi tədqiqatların aparılması, tibbi təhsillə bağlı vahid standartların hazırlanması, tibb mütəxəssislərinin davamlı təhsilinin təmin edilməsi və səhiyyə sistemində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin sürətləndirilməsi barədə razılığa gəliblər.

Bundan əlavə, təşkilat çərçivəsində vahid elektron sağlamlıq standartları hazırlanmaqla pasiyentlər haqqında məlumat mübadiləsinin aparılması barədə qərar qəbul edilib.

Eyni zamanda, 2025-ci il üçün səhiyyə sahəsində əməkdaşlıq üzrə TDT-nin İşçi Qrupunun Fəaliyyət Plan/"Sitat.info"



Xəbər xətti