Peskov: Yəqin ki, Putin Əliyev və Paşinyanla Zəngəzur dəhlizi mövzusunu müzakirə edib

16:49 8 Oktyabr 2024

Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan və Ermənistandan olan həmkarları İlham Əliyev və Nikol Paşinyanla danışıqları zamanı yəqin ki, Zəngəzur dəhlizi mövzusuna toxunulub.

Sitat.info Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Putin onların hər biri ilə ayrı-ayrılıqda təkbətək danışıb. Üstəlik, prezident yəqin ki, hər biri ilə yarım saat oturub, buna görə də yəqin ki, fikir mübadiləsi aparılıb. Zəngəzur dəhlizi mövzusuna da toxunulub”, – mətbuat katibi qeyd edib./"report.az"



Xəbər xətti