Almaniya Ukraynaya əlavə 400 milyon avro ayırıb

11:11 9 Oktyabr 2024

(Almaniya parlamenti bu il üçün Ukraynaya 400 milyon avro məbləğində əlavə yardımın ayrılmasını təsdiqləyib.

Sitat.info xarici KİV-ə istinadən xəbər verir ki, bunu  Almaniya Müdafiə Nazirliyi yanında Ukraynaya yardımın əlaqələndirilməsi üzrə işçi qrupun rəhbəri Kristian Froydinq deyib.

O bildirib ki, bu məbləğ bu il ümumi dəyəri 1,4 milyard avro olan 50 layihəni həyata keçirməyə imkan verəcək".

O, qeyd edib ki, Almaniya Ukraynaya dəstəyini davam etdirəcək. Təkcə ötən həftə Kiyevə iki ədəd “IRIS-T SLM” və “SLS” zenit-raket kompleksi verilib.

Bu ilin sonuna kimi daha iki zenit sistemi, piyadaların döyüş maşınları, tanklar və artilleriya sursatları tədarük ediləcək.

Türkanə,

Sitat.info



Xəbər xətti