Ermənistan MDB ölkələri XİN rəhbərlərinin görüşündə yekun sənəd layihəsi üzərində fəal iştirak edib, düzəlişlər təklif edib və onlardan bir çoxu nəzərə alınıb. Lakin sonda sənədi imzalamaqdan imtina edib".
Sitat.info Oxu.Az-a istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə NEWS.ru-nun sualını cavablandırarkən bildirib.
"Məncə, niyə belə etdiyini özü açıqlasa, daha yaxşı olar", - deyə Zaxarova qeyd edib.
Xatırladaq ki, Ermənistan oktyabrın 7-də Moskvada keçirilən MDB Xarici İşlər Nazirləri Şurasının iclasında qəbul edilən "Avrasiyada təhlükəsizliyin təmin edilməsi prinsipləri haqqında" bəyanat layihəsini imzalamayıb. İrəvan sənəd üzrə düzəlişlər etsə də, ölkənin xarici işlər naziri Ararat Mirzoyan yekun sənədi imzalamaqdan boyun qaçırıb.