ABŞ və İsrailin İrana birgə hücumu - Pentaqon istisna etmir...

09:05 10 Oktyabr 2024

İsrail İrana qarşı gözlədiyi cavab hücumu ilə bağlı ABŞ-la yaxından məsləhətləşir, Pentaqon isə ABŞ-İsrailin birgə hücumu ehtimalına qapını bağlamayıb. Belə ki, oktyabrın 7-dən İsraili müdafiə etmək üçün ABŞ ordusundan istifadə edəcəyini, lakin hücumlarda iştirak etməyəcəyini ciddi şəkildə bəyan edən Pentaqon bu dəfə birgə hücumu istisna etmir.

Sitat.info xəbər verir ki, Pentaqon sözçüsünün müavini Sabrina Sinq də bu ehtimalı istisna etmir.

 Vaşinqtondakı mənbələrdən alınan məlumata görə, Bayden administrasiyasının bu qapını açıq qoymasının səbəbi İranın İsrailə bir daha cavab verməsindən sonra Amerika qüvvələrinin təhlükə altına düşə biləcəyidir.

 Bayden administrasiyası sentyabrın 25-də Livanda üç həftəlik atəşkəs elan etsə də, İsrail Hizbullah lideri Həsən Nəsrullahı öldürdü və daha sonra Livanı işğal etməyə başladı. Hazırda Beyrutda vəziyyət daha da pisləşib. İsrail hər axşam yaşayış məntəqələrini vurur. Sabrina Sinq  jurnalistlərin “Siz bu hücumları dəstəkləyirsinizmi?” sualına belə cavab verib:  “Hizbullahı hədəf alan İsraili dəstəkləyirik. İsrailin cavab vermək hüququ var, lakin bunu mülki vətəndaşları nəzərə alaraq etməlidir".

Nigar, 

Sitat.info



Xəbər xətti