Cənazə namazında tabutdan səs gəldi, yaşadığını anladılar...

09:22 10 Oktyabr 2024

İstanbulda vəfat etdiyi güman edilən və kəfənlənərək tabuta qoyulan 86 yaşlı Halit Bayşunun cənazə namazı qılınmaq üzrə olduğu zaman tabutundan səs gəlib. Məscidə çağırılan tibb qrupları müayinə zamanı Bayşunun sağ olduğunu müəyyən ediblər. Xəstəxanaya aparılan qoca həkimlərin müdaxiləsinə baxmayaraq dünyasını dəyişib.

Sitat.info Türkiyə mediasına istinadən xəbər verir ki, dəfn mərasimində 86 yaşlı Halit Bayşunun tabutundan gələn səsi eşidən yaxınları vəziyyəti təcili tibbi yardıma bildirib. Məscidə gələn tibb işçiləri tərəfindən müayinə olunduqdan sonra sağ olduğu müəyyən edilən Bayşu ilk müdaxilənin ardından təcili yardımla xəstəxanaya aparılıb. Təxminən 2 saat xəstəxanada müalicə olunan, lakin bütün səylərə baxmayaraq həyatını itirən Bayşunun cənazəsi yarılma üçün Ədliyyə Tibb Qurumuna aparılıb.

 Bayşunun dəfn mərasiminə qatılan qohumları şahidi olduqları hadisədən çox təəccübləniblər: "10-15 nəfər idik, hamı bir-birinin üzünə baxırdı. “Tabutdan səs gəlir” dedilər, hamımız titrədik. Bu səsi hamı eşitdi. Adam əli ilə tabuta vururdu, onun nəfəs aldığını və tabuta vurduğunu hiss etdi. Həmin an hamı şokda idi. Təcili yardım gəldi, tabutu açdılar, kəfəni götürüb təcili yardım maşınına qoydular. Adamın sağ olduğunu gördülər və ona ürək şoku verməyə başladılar. Çox səydən sonra onu təcili yardım maşını ilə xəstəxanaya apardılar. Yenidən öldüyü barədə xəbər aldıq. Əgər o səsi eşitməsəydik, adamı diri-diri basdıracaqdıq".

Nigar,

Sitat.info



Xəbər xətti