İran gizlicə nüvə silahını sınaqdan keçirib? İsrailin iddiası rezonans doğurdu

09:48 10 Oktyabr 2024

İranın Semnan vilayətində baş verən zəlzələ xəbərindən günlər sonra təkanların əslində Tehranın ilk nüvə sınağından qaynaqlandığı iddia edilib.

Sitat.info xarici mediaya istinadən xəbər verir ki, Tehran Universitetinin seysmoqrafiya mərkəzi şənbə günü saat 10:45-də İranın Semnan əyalətinin Aradan şəhərində 4,4 bal gücündə zəlzələnin baş verdiyini və yeraltı təkanların Tehranın şərqindəki bəzi bölgələrdə də hiss edildiyini bildirib.

Zəlzələ xəbərindən dərhal sonra İsrailin öz ərazisinə hücumlarına qarşı çəkindirici tədbir olaraq Tehran rejiminin ilk yeraltı nüvə sınağını həyata keçirməsi iddiaları irəli sürülüb. İddialar İranın onlarla deputatının ölkənin Ali Milli Təhlükəsizlik Şurasına məktublar yazaraq nüvə silahı əldə etməyə çağırdığı bir vaxta təsadüf edir.

İran xəbər agentliyi nüvə fərziyyələrini "şayiə" adlandıraraq rədd edib. Agentlik nüvə sınağı iddiasının Tehranın doktrinasına zidd olduğunu, lakin bu iddiaların sosial mediadan çıxdığını və qərb mediasında geniş işıqlandırıldığını vurğulayıb.

Nərgiz,

Sitat.info

 



Xəbər xətti