Sentyabrın 26-da ABŞ-ın bir çox ştatını əhatə edən, yüzlərlə insanın ölümünə və milyardlarla dollar ziyana səbəb olan Helene qasırğasının üstündən çox qısa müddət keçdi və indi Milton qasırğasının Florida ştatını vurması gözlənilir.
Sitat.info xəbər verir ki, bu barədə xəbərdarlıq edilib. Belə ki, sürəti saatda 250 kilometrə çata bilən beşinci kateqoriyalı Milton qasırğası Florida üçün əsrin fəlakəti ola bilər.
Yerli və federal rəsmilərin xəbərdarlıqlarından sonra Floridanın qərb bölgələrində genişmiqyaslı təxliyələr davam edir. Qasırğanın təsiri ilə uzunluğu 3-4,5 metrə çata biləcək sel fəlakətinin insan həyatı üçün çox təhlükəli olacağı barədə xəbərdarlıqlar edilir.
Milli Qasırğa Mərkəzi (NHS) dünən axşam saatlarından başlayaraq Meksikanın şərq körfəzinə təsir edəcək qasırğanın bu gün Floridanın şərq sahillərindən Atlantik okeanının qərbinə doğru hərəkət edəcəyini proqnozlaşdırır.
Helene qasırğasından sonra evləri tamamilə dağıdılmış, viran qalmış və yardım ala bilməyən vətəndaşlar üçün Co Bayden-Kamala Harris ikilisi də tənqid hədəfindədir. ABŞ prezidenti Bayden bu hadisəilə bağlı "əsrin fırtınasına bənzəyir" deyib və qasırğanın marşrutu boyunca hər kəsi "növbəti 24 saata girərkən bütün təhlükəsizlik təlimatlarına əməl etməyə" çağırlb. Şənbə günündən ştatda elan edilmiş fövqəladə vəziyyət davam edir.
Məğrur,
Sitat.info