Yeni Suraxanıda sənədsiz tikililər SÖKÜLDÜ

16:44 11 Oktyabr 2024

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi şəhərsalma nəzarəti qaydasında keçirdiyi monitorinq zamanı Bakının Yeni Suraxanı qəsəbəsində qanunsuz tikinti faktları aşkar edib.

Sitat.info xəbər verir ki, bu barədə komitə məlumat verib. 

Məlumata görə, qəsəbədə kənd təsərrüfatı təyinatlı torpaq sahələrində aparılan özbaşına tikintinin (100 kv.m və 60 kv.m ölçüdə) və qanunsuz zəbt edilən 0,03 ha ərazinin hasarlanma işlərinin qarşısı alınıb.

Bütün faktlar üzrə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarənin əməkdaşları müvafiq tədbirlər görərək qanunsuz tikililərin söküntüsünü təmin edib.



Xəbər xətti