ABŞ və Qərb Yaxın Şərqdə gərginliyin azalmasını istəmir – Pezeşkian

19:55 11 Oktyabr 2024

İran prezidenti Məsud Pezeşkian deyib ki, Avropa ölkələri və ABŞ Yaxın Şərqdə sülh və əmin-amanlıq görmək istəmir.

 Sitat.info TASS-a istinadən xəbər verir ki, o, bunu  rusiyalı həmkarı Vladimir Putinlə görüşdə deyib.

İran prezidentinin sözlərinə görə, İsrail “heç bir beynəlxalq hüquqi və humanitar standartları” tanımadığı üçün regionda vəziyyət kəskin şəkildə gərginləşib.

İranın ali dini lideri Ayətullah Əli Xamenei də oktyabrın 4-də deyib ki, ABŞ və müttəfiqləri Qəzza zolağı və Livandakı münaqişələrdə İsraili, yalnız Yaxın Şərqin resurslarına ələ keçirmək məqsədilə dəstəkləyirlər.

Məğrur,

Sitat.info



Xəbər xətti