Hizbullah İsraili atəşi dayandırmağa məcbur edəcək - Məhəmməd Afif

20:47 11 Oktyabr 2024

Hizbullahın məqsədi İsraili məğlub etmək və onu Livanın cənubuna top atəşinə tutulmasını dayandırmağa məcbur etməkdir.

Sitat.info TASS-a istinadən xəbər verir ki, bunu Hizbullahın media ofisinin rəhbəri Məhəmməd Afif bildirib.

“Biz savaşımızın başlanğıcındayıq və düşmən əlavə qüvvələr cəlb etsə də, cənub cəbhəsində irəliləyə bilməyəcəklər” -Afif deyib.

“Buna görə də bizim prioritetimiz İsraili atəşi dayandırmağa məcbur etmək üçün onu məğlubiyyətə uğratmaqdır”.

Xatırladaq ki, İsrail “Şimal oxları” əməliyyatına başladığı 23 sentyabrdan bəri Livandakı Hizbullah hərbi obyektlərinə kütləvi hava zərbələri endirir. İsrailin elan etdiyi məqsəd, on minlərlə yerli sakinin öz evlərinə qayıtması üçün ölkənin şimal bölgələrində təhlükəsiz şərait yaratmaqdır. Hizbullah lideri Həsən Nəsrullah İsrailin sentyabrın 27-də Beyruta endirdiyi zərbə nəticəsində öldürüldü bildirilir. Oktyabrın 1-də səhər saatlarında İsrail Livanın sərhəd bölgələrində quru əməliyyatına başladığını elan etdi. 



Xəbər xətti