Trampdan ABŞ-dəki mühacirlərlə bağlı daha bir çağırış

12:50 12 Oktyabr 2024

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Kolorado ştatının Aurora şəhərində tərəfdarları qarşısında çıxışı zamanı ABŞ vətəndaşlarını və hüquq-mühafizə orqanlarının əməkdaşlarını öldürən miqrantlara qarşı ölüm cəzasının tətbiq edilməsini istəyib.

“Sitat.info” xəbər verir ki, bu barədə NBC məlumat yayıb.

“Mən Amerika vətəndaşlarını və hüquq-mühafizə orqanlarının əməkdaşlarını öldürən hər bir miqrantı ölüm cəzasına məhkum etməyə çağırıram”, - deyə Tramp bildirib.

O, Nevada ştatının Rino şəhərində tərəfdarları qarşısında çıxış edərkən də bununla bağlı danışıb: “Əcnəbilərdən təşkil olunan qrupların bütün üzvləri toplanaraq həbs edilməli və ya ölkədən qovulmalıdır. Əgər onlar geri dönsələr, şərti azad edilmə imkanı olmadan 10 il həbs cəzası almalıdırlar. Mən Amerika vətəndaşını və ya hüquq-mühafizə orqanının əməkdaşını öldürən mühacirlər üçün ölüm cəzasını dəstəkləyirəm”.

Xatırladaq ki, ölkənin sabiq prezidenti əvvəllər böyük narkotik sövdələşmələri ilə məşğul olan sənədsiz immiqrantlar üçün də ölüm cəzası tələb edib./"Qafqazinfo"



Xəbər xətti