BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) İtaliya nümayəndə heyətinə ölkə hökumətinin başçısı Corcia Meloni rəhbərlik edəcək.
Bunu "Sitat.info"ya açıqlamasında COP29-un İqlim şəffaflığı üzrə yüksək səviyyəli həmkarı, İtaliyanın iqlim dəyişikliyi üzrə xüsusi nümayəndəsi Françesko Korvaro BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı (Pre-COP29) çərçivəsində bildirib.
“İtaliyanı COP29-da ölkənin Baş naziri Corcia Meloni təmsil edəcək. Nümayəndə heyətinin tərkibində ölkənin ətraf mühit naziri Cilberto Piketto Fratin də olacaq”, - o qeyd edib./"Report.az"