Livan cənubda ordunun sayını 10 minə çatdırır

18:59 12 Oktyabr 2024

Livan Silahlı Qüvvələrinin komandanlığı ölkənin cənubunda yerləşdirilən bölmələrin sayını 10 minə çatdırmağı planlaşdırır.

Axar.az xəbər verir ki, bu barədə ordu komandanlığındakı mənbəyə istinadən Əl-Cəzirə telekanalı məlumat yayıb.

Məlumata görə, Livan Silahlı Qüvvələri şəxsi heyətin sayının artırılmasını maliyyələşdirmək üçün dost ölkələrin orduları ilə əlaqə saxlayır.



Xəbər xətti