Rusiyanın dəhşətli planı! Ukrayna qaranlığa qərq olacaq...

08:43 14 Oktyabr 2024

Enerji infrastrukturu il boyu Rusiya tərəfindən ciddi şəkildə zədələnən Ukrayna müharibənin üçüncü qışına girdiyi üçün ən çətin dövrünü yaşaya bilər. 

Sitat.info xəbər verir ki, Rusiyanın hücumları nəticəsində enerji istehsalı infrastrukturunun təxminən yarısını itirən Ukraynada, enerji istehsalı böyük ölçüdə atom elektrik stansiyalarına həvalə olunub. Bununla belə, ekspertlər belə hesab edirlər ki, Rusiyanın növbəti addımı nüvə obyektlərini elektrik şəbəkəsindən çıxarmağa məcbur etmək və Ukraynanı tam qaranlığa qərq etməkdir. Bu ssenari baş verərsə, Ukraynada enerji böhranı humanitar fəlakətlə nəticələnə bilər.

2022-ci ildə Rusiya ordusu tərəfindən ələ keçirilən Zaporojye AES-dən başqa, Rivne, Xmelnıştki və Cənubi Ukrayna atom elektrik stansiyaları ölkədə aktiv obyektlərdir. Rusiya hücumlarında 8 istilik elektrik stansiyası və 5 su elektrik stansiyasını itirən Ukraynada enerji istehsalının təxminən 60 faizi bu üç mərkəzin payına düşür. Elektrik enerjisinin tez-tez kəsilməsi ilə üzləşən ölkə Avropa qonşularından elektrik enerjisi idxal etməli olduğu halda, hücumlardan sonra elektrik enerjisi istehsalında kəsirin 9 gigavata çatdığı bildirilir.

Rusiya ordusu indiyədək nüvə obyektlərini birbaşa hədəfə almayıb, lakin transformatorlar və elektrik ötürücü xətlər kimi mühüm infrastruktur komponentlərinin yerləşdiyi, nüvə obyektlərini təchizat xətlərinə birləşdirən köməkçi stansiyaları vurmağa başlayıb.

Enerji analitikləri hesab edirlər ki, bu hücumlar nə vaxtsa atom elektrik stansiyalarını təchizat şəbəkəsindən kənarlaşdıra bilər.

Nərgiz,

Sitat.info



Xəbər xətti