İranda alkoqoldan kütləvi zəhərlənmə baş verib.
Sitat.info bu barədə İran KİV-nə istinadən bildirir.
Məlumata görə, son iki həftə ərzində Mazandaran, Gilan, Həmədan və Zəncan əyalətlərində metil spirtindən istifadə səbəbindən yüzlərlə insan zəhərlənib. Ölənlərin sayı 48 nəfərə çatıb.
Bir çox zəhərlənənlər isə tamamilə kor olub. Hüquq-mühafizə orqanlarının əməkdaşları artıq zərərli maddənin istehsalçılarını və satıcılarını aşkar edərək saxlayıblar.