Netanyahunun tankları BMT hərbi bazasını girdi: Əsgərlərinizi bölgədən çıxarın!

12:31 14 Oktyabr 2024

İsrailin baş naziri Benyamin Netanyahu bu ayın əvvəlində persona non qrata elan etdiyi Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreşə müraciət edərək, ondan Livan-İsrail sərhədində xidmət edən BMT Sülh Qüvvələrinin əsgərlərini (UNIFIL) geri çəkməsini istəyib. .
Sitat.info xarici mediaya istinadən xəbər verir ki, Netanyahu videomüraciət yayımlayaraq deyib: “Mən birbaşa BMT-nin baş katibinə müraciət etmək istəyirəm. BMT Sülh Qüvvələrinin əsgərlərini  Hizbullahın qalalarından və münaqişə zonalarından çıxarmağın vaxtıdır.    İsrail ordusunun  tankları dünən səhər saatlarında BMT mövqelərinə daxil olaraq əsgərlərin logistik hərəkətini əngəlləyib. 

BMT-dən verilən açıqlamada Sülh Qüvvələrinin əsgərləri sığınacaqlarında olarkən iki İsrail tankı Ramiya bölgəsində mövqenin əsas qapısını darmadağın edərək zorla içəri daxil olub. İsrail əsgərlərinin bazaya daxil olduqdan sonra BMT əsgərlərindən işıqları söndürmələrini istədikləri, əraziyə tüstü bombaları atdıqları və intensiv bombardmandan 45 dəqiqə sonra ərazini tərk etdikləri bildirilib. BMT Sülh Qüvvələri tüstüdən zəhərlənərək Sülh Qüvvələrinin 15 əsgərinin yaralandığını açıqlayıb.

İsrail ordusundan verilən açıqlamad deyilir: “Yaralı əsgərləri çıxarmağa çalışan İsrail tankı BMT zonasına bir neçə metr girməli olub. Düşmən atəşi dayananda tank yaralı əsgərləri təxliyyə etməklə hadisə yerini tərk edib.

Məğrur,

Sitat.info



Xəbər xətti