AB İrana növbəti sanksiyalar tətbiq etdi

17:06 14 Oktyabr 2024

Avropa Birliyi İranın üç aviaşirkətinə, o cümlədən milli aviadaşıyıcısına, dörd sənaye və nəqliyyat şirkətinə, həmçinin ölkənin müdafiə nazirinin müavini Seyid Həmzə Qələndəri də daxil olmaqla, yeddi məmur, iş adamı və hərbçiyə qarşı sanksiya tətbiq edib.

Axar.az xəbər verir ki, bu barədə Avropa Birliyi Şurasının qərarında qeyd olunub.

“AB Şurası bu gün İranın yeddi şəxs və yeddi təşkilatına qarşı məhdudlaşdırıcı tədbirlər qəbul edib. Sanksiyalar Rusiyaya raket və pilotsuz təyyarələrin tədarükü ilə yanaşı, Yaxın Şərq və Qırmızı dəniz bölgəsində sülh və təhlükəsizliyi pozan Husi qruplarına raket verilməsinə görə tətbiq edilib”, - məlumatda qeyd olunub.

Sanksiyalar dərhal qüvvəyə minib.



Xəbər xətti