ABŞ-ın Cənubi Qafqazdakı səfirləri Bakıya toplaşdı: Bölgənin gələcəyi üçün...

13:00 28 Aprel 2022

Bakıda ABŞ-ın Azərbaycandakı səfiri Erl Litzenberqer, ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan və ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi arasında görüş keçirilib.

SİTAT.İNFO xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Diplomatlarla yanaşı, görüşdə USAID təşkilatının Administratorunun köməkçisinin müavini Mark Simakovski, ABŞ-ın Avropa və Avrasiya Yardım Məsələləri üzrə icraçı koordinatoru Qreq Naarden və Qafqaz Danışıqlarına dair baş məsləhətçi Endryu Şofer də iştirak edib.

Məlumatda deyilir ki, bölgədən və Vaşinqtondan olan həmkarlar fikir və məlumat mübadiləsi aparmaq üçün toplaşıblar: "Birləşmiş Ştatlar Azərbaycan, Gürcüstan və Ermənistanla diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd edərkən biz tərəfdaşlığımızı gücləndirməyə və Cənubi Qafqaz xalqları üçün daha təhlükəsiz, sabit və firavan gələcəyin təmin olunması naminə sadiqliyimizi vurğulayırıq”, - qeyd olunub.



Xəbər xətti