Bu ilin sonuna qədər Ağdam rayonunun Xıdırlı, Kəngərli və Sarıcalı kəndlərində tikinti işləri tamamlanacaq.
Sitat.info xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti İcraçı direktorun müavini Səbuhi Abdullayev Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən panel müzakirələrində bildirib.
"Bu kəndlərə köç bu ilin sonuna və yaxud gələn ilin əvvəlinə planlaşdırılır", - deyə o qeyd edib.