Ermənistan XİN İstanbulda nazirlərin “3+3” formatında görüşündə iştirakı təsdiqləyib

17:12 15 Oktyabr 2024

Ermənistan Xarici İşlər Nazirliyi (XİN) nazir Ararat Mirzoyanın xarici işlər nazirlərinin oktyabrın 18-də İstanbulda keçiriləcək “3+3” formatında üçüncü görüşündə iştirakını təsdiqləyib.

Sitat.info xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan məlumat verib.

“Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan oktyabrın 18-də Türkiyədə “3+3” regional məşvərət platformasının üçüncü görüşündə iştirak edəcək”, - o qeyd edib.

Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan oktyabrın 18-də İstanbulda Azərbaycan, Ermənistan, Rusiya və İranın xarici işlər nazirlərinin iştirakı ilə “3+3” formatında III görüşün keçiriləcəyini bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da xarici işlər naziri Sergey Lavrovun görüşdə iştirakını təsdiqləyib.



Xəbər xətti