Azərbaycanda zəlzələ baş verdi

19:42 15 Oktyabr 2024

Cəlilabad rayonunda zəlzələ qeydə alınıb.

Sitat.info Axar.az-a istinadən verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatında bildirilib.

Məlumata görə, oktyabrın 15-də yerli vaxtla saat 19:03-də qeydə alınan yeraltı təkanların maqnitudası 3.6-ya bərabər olub.

Zəlzələnin ocağı 36 kilometr dərinlikdə yerləşib.

Qeyd edək ki, zəlzələ Biləsuvarda da hiss olunub.



Xəbər xətti