Neft qiymətləri sürətlə ucuzlaşır

22:32 15 Oktyabr 2024

Bu gün keçirilən hərraclarda neft qiymətləri 4 faizdən çox ucuzlaşıb.

Sitat.info Bloomberg-ə istinadən xəbər verir ki, hazırda Brent markalı neft 73.38 dollara, WTI nefti isə 70.61 dollara ticarət olunur. Analitik mərkəzlər neft bazarında qiymətlərə təsir edən iki əsas amili qeyd edirlər. Bunlardan birincisi, Çin hökumətinin iqtisadiyyatın daha sürətli inkişafına nail olmaq üçün gözlənilən qədər təsirli dəstək tədbirləri planlaşdırmaması, ikincisi İsrailin İranın yalnız hərbi obyektlərinə zərbə endirmək qərarıdır.

“The Washington Post” qəzetinin mənbələrinə görə, İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Co Bayden administrasiyasına ölkəsinin son hücuma cavab olaraq İrana endirdiyi zərbələrin hədəfinin neft obyektləri deyil, hərbi obyektlər olacağı barədə xəbərdarlıq edib./Musavat.com



Xəbər xətti