Bakı-Sumqayıt yolunda iki avtomobil toqquşub, xəsarət alan var - FOTO

08:40 16 Oktyabr 2024

Bakının Binəqədi rayonu ərazisində yol-nəqliyyatı hadisəsi baş verib.

Sitat.info APA-ya istinadən xəbər verir ki, qəza Bakı-Sumqayıt şossesinin Binəqədi rayonu ərazisinə düşən hissəsində qeydə alınıb.

Belə ki, "Toyota" markalı avtomobili idarə edən sürücü nəqliyyat vasitəsini eyni istiqamətdə hərəkətdə olan "Nissan" markalı maşına çırpıb.

Zərbənin təsirindən hər iki maşın deformasiyaya uğrayıb.

Hadisə nəticəsində "Toyota" markalı maşında olan sərnişin xəsarət alıb.

Qəzanın dəqiq səbəbləri araşdırılır.



Xəbər xətti