Rusiyanın Su-25 yerüstü hücum təyyarəsinin ekipajları Ukrayna qüvvələrinin Kursk vilayətinin sərhədyanı ərazilərində rotasiyasının qarşısını alıb.
Sitat.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi bildirib.
"Kəşfiyyat hədəflərinə aviasiya raketləri ilə zərbə endirilib", deyə nazirlik bildirib.
“Kəşfiyyat məlumatlarına görə, düşmənin zirehli texnikası və canlı qüvvəsi məhv edilib” -deyə məlumatda qeyd olunub.
Aviasiya silahlarından istifadə edildikdən sonra ekipajlar yalançı məşəlləri buraxaraq raket əleyhinə manevr həyata keçirib və öz uçuş aerodromuna qayıdıblar.
Nərgiz,
Sitat.info