Türkiyədə baş verən güclü zəlzələ nəticəsində üç bina qismən çöküb.
Sitat.info xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Əli Yerliqaya X hesabında bildirib.
O qeyd edib ki, Malatya, Elazığ və Şanlıufa vilayətlərinin hər birində bir bina qismən çöküb.
A.Yerliqayanın sözlərinə görə, zəlzələ ilə əlaqədar indiyə kimi 112 qaynar xəttinə 374 müraciət daxil olub.
Türkiyədə baş verən güclü zəlzələ nəticəsində 94 nəfəri Elazığ vilayətində olmaqla, ümumilikdə 98 nəfər yaralanıb.
Seymur,
Sitat.info