Türkiyənin Malatya vilayətində baş verən zəlzələ nəticəsində xəsarət alanlar var.
Sitat.info xəbər verir ki, Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Malatyada, Şanlıurfada və Elazığda 3 binada qismən çökmə olduğunu bildirib.
Məlumata görə, zəlzələ ilə əlaqədar 112 Təcili Zəng Mərkəzinə ümumilikdə 374 məlumat daxil olub. Bildirilir ki, müxtəlif bölgələrdə ümumilikdə 187 nəfər yaralanıb.
Zəlzələ səbəbindən Malatya, Şanlıurfa, Adıyaman, Batman və Elazığda məktəblər bağlanıb.
Hazırda Malatya, Diyarbəkir, Şanlıurfa, Elazığ, Batman və Tunceli bölgələrində araşdırmalar davam edir.