SON DƏQİQƏ: Azərbaycanda bu dövlət qurumu ləğv edilir? - Mühüm AÇIQLAMA

22:11 16 Oktyabr 2024

2024-cü ilin oktyabr ayınadək olan dövr ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi (Baş İdarə), eləcə də tabe rayon (şəhər) prokurorluqları tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) ayrı-ayrı vəzifəli şəxsləri və vətəndaşlar barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işlərinin ibtidai istintaqı aparılıb və həmin şəxslər məhkəmə məsuliyyətinə verilib.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında deyilir. Hərbi prokurorluq tərəfindən aparılan araşdırmalar nəticəsində SHXÇDX-nin ayrı-ayrı vəzifəli şəxsləri və əməkdaşları barəsində 3 cinayət işi başlanaraq ibtidai istintaq aparılır, aşkarlanan qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılması məqsədilə isə qurumun 5 əməkdaşı barəsində təqdimat verilib.

Cəmiyyətdə isə Səfərbərik Xidmətinin fəaliyyətinə münasibət birmənalı deyil. Çoxları bu qurumun onsuz da bir çox səlahiyyətini itirdiyini və ləğv edilməli olduğunu düşünür. azal vakansiya

Mövzu ilə bağlı Yenisabah.az-a danışan ehtiyatda olan polkovnik və hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, SHXÇDX-da neqativ hallar hələ də davam etməkdədir:

“Faktiki olaraq bu xidmətin sadəcə adı dəyişdirilib. Hərbi komissarlıqda olan neqativ hallar və əməllər bu gün də davam etməkədir. Təəssüflər olsun ki, biz bunu bir az da çılpaq şəkildə görürük. Dövlət qurumunda hansısa qanunsuz əməl və bu cür yanaşma yolverilməzdir. Çünki biz uzun illər müharibə vəziyyətində olmuşuq və yalnız keçən il antiterror əməliyyatı ilə separatizmə son qoymuşuq. Mən o qurumun ştat cədvəlinə baxdım, dəhşətə gəldim. Əvvəllər Səfərbərlik Xidmətində 1 general və 5-6 şöbə var idisə, indi bu qurumda 5-6 general çoxlu idarələr, şöbələr yaradılıb. Bunlar hamısı dövlət büdcəsi üçün əlavə xərclərdir”.

Polkovnik qeyd edib ki, bu qurumda əsaslı islahatlara ehtiyac var:

“Müdafiə Nazirliyi əvvəllər bütün qurumlarda hərbi bölgünü həyata keçirirdi. Sonralar ayrıca qurum yaradıldı və onun ştatı genişləndirildi. Bu qurumla bağlı mənim gözləntilərim yüksək deyil. Səfərbərlik Xidməti etiraf etməlidir ki, onun yoxladığı tibbi yoxlanışa etibar yoxdur. Onların yoxladığı çağırışçıları daha sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yenidən yoxlanışdan keçirir. Bu o deməkdir ki, SHXÇDX-ya etibar yoxdur. Hazırda bu idarəetmədə biraz xaotik vəziyyət var”.



Xəbər xətti