Harris Trampa yaxınlaşır: Yeni sorğunun nəticələri açıqlandı

13:50 17 Oktyabr 2024

Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris Rasmussen Reports-un keçirdiyi son ictimai rəy sorğusunda Respublikaçı Donald Trampdan cəmi bir xal geridə qalır.

Sitat.info xəbər verir ki, sorğuya əsasən, respondentlərin 48%-i noyabrda keçiriləcək prezident seçkilərində Trampa, 47%-i isə Harrisə səs verəcəklərini bildirib. Bu arada onların 3%-i başqa namizədə səs verəcəklərini bildiriblər. Digər 3% isə qərarsız qalıb.

Sorğu oktyabrın 10-dan oktyabrın 15-dək onlayn və telefon vasitəsilə keçirilib. Onda 2000-dən çox potensial ABŞ seçicisi iştirak edib. Səhv marjası 2% nəzərdə tutulub. 

Rasmussenin cəmi bir həftə əvvəl keçirdiyi son sorğuda Tramp 48%, Harris isə 46% səs toplayıb.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Demokratları ABŞ-ın hazırkı prezidenti Co Baydenin təmsil edəcəyi gözlənilirdi. Bununla belə, Trampla iyun debatındakı zəif performansından sonra o, yarışdan çəkilməyi seçdi və Harrisi dəstəklədi. Daha sonra Çikaqoda keçirilən Demokratik Milli Konvensiyada partiyanın prezidentliyə namizədi rəsmi olaraq irəli sürüldü.

Nərgiz,

Sitat.info 



Xəbər xətti