İsrail tezliklə İrana zərbə endirə bilər - Noyabrın 5-ə qədər...

14:07 17 Oktyabr 2024

İran oktyabrın 1-də Həmas, Hizbullah və İran İslam İnqilabı Keşikçiləri Korpusunun əsas fiqurlarının öldürülməsinə cavab olaraq İsrailə geniş raket hücumu həyata keçirmişdi.
Sitat.info xarici mediaya istinadən xəbər verir ki, İsrail rəsmiləri yaxın vaxtlarda cavab addımının atılacağını deyib.

Məlumata görə, İsrail yaxın günlərdə y a İrana qarşı cavab tədbirləri həyata keçirə bilər. Cavab tədbirləri üçün hansı hədəflərin seçiləcəyi ilə bağlı yekun qərar verilməyib.

Bununla belə, CNN oktyabrın 16-da mənbələrə istinadən yazıb ki,  noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkilərindən əvvəl İsrailin zərbə endirəcəyini gözləyir.

Məlumata görə, İsrailin hücum planı hazırdır və baş nazir Benyamin Netanyahu Vaşinqtonu əməliyyatın davam edəcəyinə əmin edib. Belə ki, hücum neft və nüvə obyektlərindən qaçaraq hərbi hədəflərlə məhdudlaşmalıdır. Oktyabrın 15-də müdafiə naziri Yoav Gallant İsrailin İrana “dəqiq və ölümcül cavab” verəcəyinə söz verib.

Nərgiz,

Sitat.info

 



Xəbər xətti