Şimali Koreya Cənubi Koreya ilə nəqliyyat əlaqəsini tamamilə kəsir: Yollar və körpürlər partladıldı

13:56 17 Oktyabr 2024

Şimali Koreya Koreya yarımadasının şərq və qərb ərazilərində Cənub  ilə avtomobil və dəmir yolu əlaqəsini tamamilə kəsib.

Sitat.info xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) xəbər verir.

Koreya Xalq Ordusunun Baş Qərargahı oktyabrın 15-də Şimali Koreyanın cənub sərhədinin şərq və qərb hissəsindən Cənubi Koreyaya aparan avtomobil və dəmir yollarını fiziki olaraq kəsmək üçün tədbir görüb. Koreya Xalq Respublikası öz suveren ərazisinin Cənubi Koreyadan mərhələli şəkildə tam ayrılmasını həyata keçirir.  Məlumata görə, aidiyyatı yollar partlayış nəticəsində tamamilə bloklanıb.

Qeyd edək ki, Şimali Koreya bunu Cənubi Koreyanı düşmən dövlət kimi  müəyyən edən dövlət Konstitusiyasının tələbinə uyğun olaraq qəbul edilmiş "qaçılmaz və qanuni tədbir" kimi təqdim edir. 

Şimali Koreya Müdafiə Nazirliyinin sözçüsü bildirib ki, Pxenyan “qapalı cənub sərhədini daimi olaraq möhkəmləndirmək üçün” əlavə tədbirlər görəcək.

Nərgiz,

Sitat.info



Xəbər xətti