İstanbulda kritik "3+3" görüşü! Bu mövzular müzakirə olunacaq

16:18 17 Oktyabr 2024

İstanbulda Cənubi Qafqaz ölkələri xarici işlər nazirlərinin “3+3” formatlı görüşündə rəsmi Ankaranın Azərbaycan və Ermənistan arasında sülh razılaşmasının imzalanması, habelə buna paralel olaraq Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına dəstəyi ifadə olunacaq.

Sitat.info  xəbər verir ki, keçiriləcək görüşündən sonra birgə bəyanat qəbul ediləcək.

Sənəddə regional problemlərin və siyasi mübahisələrin tərəflər arasında bilavasitə dialoq, BMT-nin Nizamnaməsi, suverenlik, ərazi bütövlüyü, siyasi müstəqillik, sərhədlərin toxunulmazlığı, eləcə də insan hüquqlarına hörmət prinsipləri çərçivəsində həllinin vacibliyi vurğulanacaq.

Toplantı çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Hakan Fidanın Azərbaycan, Rusiya, İran və Ermənistanın XİN başçıları ilə ikitərəfli müzakirələri nəzərdə tutulub.

Qeyd edək ki, region dövlətləri XİN başçılarının görüşü oktyabrın 18-də keçiriləcək. /APA



Xəbər xətti