Xətai rayonunda sürüşmənin səbəbi məlum olub - YENİLƏNİB

16:32 17 Oktyabr 2024

Xətai rayonu ərazisində baş verən sürüşməyə səbəb son günlər yağan yağışlar nəticəsində yamacdakı asılı süxur kütləsinin uçması olub.

Sitat.info xəbər verir ki, bunu Geoloji Kəşfiyyat Agentliyinin idarə heyətinin sədri Əli Əliyev deyib.

O bildirib ki, Agentliyin mütəxəssisləri tərəfindən aparılan araşdırma və monitorinqlərin nəticələrinə görə, ərazidə ciddi təhlükə yoxdur.

"Uçmuş süxur kütləsinin ərazidən götürülməsi və yamacın hamarlanması işləri aidiyyəti qurumlar tərəfindən həyata keçiriləcək", - deyə o bildirib.

***

13:25

 

Xətai rayonunda torpaq sürüşməsi olub.

APA xəbər veirir ki, bunu Geoloji Kəşfiyyat Agentliyinin idarə heyətinin sədri Əli Əliyev deyib.

O bildirib ki, Xətai rayonu ərazisində baş verən sürüşmə hadisəsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geoloji Kəşfiyyat Agentliyinin mütəxəssisləri hadisə yerindədir:

"Ərazidə araşdırma və monitorinqlər aparılır, nəticələr barədə məlumat veriləcək".

Əli Əliyev qeyd edib ki, son günlər ölkə ərazisində müşahidə olunan yağmurlu hava şəraitindən sonra bəzi yerlərdə ekzogen-geoloji proseslərin dinamikasında aktivlik müşahidə olunur.



Xəbər xətti