Rusiya Livanın İsrailin mülki obyektləri bombalaması ilə bağlı BMT Təhlükəsizlik Şurasına (BMT TŞ) şikayətini dəstəkləyir.
Sitat.info xəbər verir ki, bunu Rusiya prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə nümayəndəsi və xarici işlər nazirinin müavini Mixail Boqdanov TASS-a bildirib.
"Əlbəttə biz bunu dəstəkləyirik. Biz də bombardmanları pisləyirik, çünki bu, beynəlxalq hüququn pozulmasıdır, Livanın suverenliyi və ərazi bütövlüyünün pozulmasıdır", - Boqdanov vurğulayıb.
Xarici işlər nazirinin müavini Rusiyanın BMT Təhlükəsizlik Şurasının bu mövzuda fövqəladə iclasını təşkil etməyə hazır olması ilə bağlı sualı cavablandıraraq, Moskvanın bu cür aktual beynəlxalq problemlərin müzakirəsini həmişə dəstəklədiyini bildirib.
"Bu, beynəlxalq təhlükəsizliyin qorunmasına cavabdeh olan xüsusi orqandır", - Boqdanov vurğulayıb.
Bundan əvvəl Livan İsrailin hərəkətləri ilə bağlı dəfələrlə BMT Təhlükəsizlik Şurasına müraciət edib. Belə ki, oktyabrın 14-də İsrail hərbçilərinin Livan-İsrail sərhədində qalan sülhməramlılara hücumu ilə bağlı müraciət edib.
Nigar,
Sitat.info