Ödürülən HƏMAS lideridirmi? - İsrail DNT testinin cavabını gözləyir

18:29 17 Oktyabr 2024

Bu gün HƏMAS Siyasi Bürosunun rəhbəri Yəhya Sinvarın Qəzza zolağının Rəfah şəhərində İsrail hərbçiləri ilə toqquşmada öldürüldüyü bildirilib.

Sitat.info xarici mediaya istinadən xəbər verir ki, İsrailin yüksək rütbəli rəsmisi, HƏMAS lideri olduğu düşünülən cəsədin DNT testinin nəticələrini gözlədiklərini deyib.

Rəsmi bildirib ki, Yəhya Sinvarın  öldürülüb-öldürülmədiyini təsdiqləmək bir neçə saat çəkə bilər.

Digər yüksək rütbəli İsrail rəsmisi Sky News-a deyib ki, Sinvarın ölməsi "ehtimal"dır.

Türkan,

Sitat.info



Xəbər xətti