Nigeriyanın şimalında yanacaq tankerinin partlaması nəticəsində ölənlərin sayı 153-ə çatıb.
Axar.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində 100 nəfər yaralanıb.
Qeyd edək ki, partlayış qəzadan sonra sakinlər yanacaq götürməyə çalışarkən baş verib.
Hadisə oktyabrın 16-da olub.