Rusiyanın Kamçatka vilayətində yaşayan miqrantlarla bağlı yeni qadağa tətbiq edilir.
Axar.az xəbər verir ki, bununla bağlı vilayətin qubernatoru Vladimir Solodov qərar imzalayıb.
2025-ci ildə qüvvəyə minəcək qərara əsasən, miqrantlara uşaq və pəhriz qidaları, alkoqolsuz içkilər istehsal edən, təhlükəli tullantıların toplanması və emalı ilə məşğul olan müəssisələrdə, eləcə də turizm sektorunda, meşə ehtiyatları idarələrində, elektrik, qaz, su təchizatı qurumlarında çalışmaq qadağan olunub.
Qeyd edək ki, bu, Rusiya ərazisində ilk qadağa deyil. Bundan əvvəl Omsk vilayətində miqrantlara 7 sahədə - nəqliyyat, təhsil, səhiyyə, ticarət, ovçuluq, dərman və qida istehsalı – işləmək qadağası qoyulub.
Bu tip qadağaların Rusiyanın digər vilayətlərində də tətbiqi gündəmdədir.