Ərdoğanın “3+3” formatlı görüşü qapalı olacaq

10:37 18 Oktyabr 2024

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan, Ermənistan, Rusiya və İran xarici işlər nazirləri ilə görüşünün mətbuata qapalı keçirilməsi planlaşdırılır.

Sitat.info xəbər verir ki, bu barədə “RİA Novosti” Türkiyə liderinin ofisinə istinadən məlumat yayıb.

Görüşün Bakı vaxtı ilə saat 17:00-da Türkiyə liderinin iqamətgahında baş tutacağı qeyd edilib.



Xəbər xətti