İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi hücumlarda həlak olan Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRWA) əməkdaşlarının sayı 231-ə yüksəlib.
Sitat.info xəbər verir ki, UNRWA-nın komissarı General Filipp Lazzarini sosial media hesabından Qəzzadakı vəziyyətlə bağlı yazılı açıqlama verib.
İsrailin dünən Qəzzanın şimalında məcburi köçkün fələstinlilərin sığındığı UNRWA məktəbini hədəf aldığını xatırladan Lazzarini, bu hücumda ölənlər arasında çox sayda uşaq olduğunu bildirib.
Lazzarini son bir həftədə Qəzzada UNRWA-nın 3 ayrı kampusuna hücumlar edildiyinə diqqət çəkib.
İsrailin 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzzaya təşkil etdiyi hücumlarda həyatını itirən UNRWA işçilərinin sayının 231-ə yüksəldiyinə diqqət çəkən Lazzarini bölgədəki humanitar böhrana da toxunub.
Lazzarini qeyd edib ki, Qəzzaya humanitar yardımların artırılacağına dair açıqlamalar olsa da, bölgədə yaşayan insanlar heç bir irəliləyiş görməyiblər.
Seymur BƏNNAYEV
Sitat.info