Danimarka hökuməti Ukraynaya silah və hərbi texnikanın alınması üçün 350 milyon dollarlıq yardım paketi ayırıb.
Sitat.info xəbər verir ki, bu barədə Danimarka Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, bu, artıq Danimarkanın Ukraynaya iyirmi birinci yardım paketidir:
“21-ci ianə paketi ukraynalıların təcili ehtiyaclarını ödəmək üçün mümkün olan maksimum hərbi yardımı təmin etmək məqsədilə nəzərdə tutulub”.
Qeyd olunur ki, əməliyyat və təhlükəsizlik səbəbi ilə 21-ci paketin məzmunu ətraflı şəkildə açıqlanmır.